Tarixi abidələrə qanunsuz müdaxilə edənlərə XƏBƏRDARLIQ – FOTO  

Hazırda oxunan: Tarixi abidələrə qanunsuz müdaxilə edənlərə XƏBƏRDARLIQ – FOTO  

96573

Bakı şəhərində yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə keçirilən monitorinqlər nəticəsində 26 protokol yazılıb, xeyli sayda obyekt sahibinə xəbərdarlıq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. 

Qeyd edək ki, sentyabrın 1-dən mədəniyyət naziri Anar Kərimovun tapşırığına uyğun olaraq nazirlik yanında tərəfindən həyata keçirilən operativ monitorinqlər davam edir. Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib. 

"Bir daha bildirmək istəyirik ki, Dövlət Xidməti istisna olmaqla digər heç bir qurumun tarix-mədəniyyət abidələri üzərində hər hansı təmir-bərpa işlərinin aparılması, onların üzərinə reklam və digər lövhələrin yerləşdirilməsinə icazə vermək səlahiyyəti yoxdur. 
Tarix-memarlıq abidələri ilə bağlı aparılan monitorinqlər davam etdiriləcək. Bütün qanunsuz müdaxilələrin qarşısı alınacaq.

Xəbərdarlıqlara rəğmən yol verdikləri nöqsanları aradan qaldırmayan obyekt sahiblərinə cərimələr tətbiq olunacaq və onlar barəsində hüquq mühafizə orqanlarına müraciət olunacaq", - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin