Oktyabrın 5-dən 9-a qədər paytaxtda 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi - “Baku International Book Fair 2022” keçiriləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov şəxsi “twitter” hesabında paylaşım edib.
Nazir bildirib ki, 16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunacağı sərgi Şuşa ilinə həsr olunacaq.
“Sərginin məqsədi kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır”,-deyə paylaşımda bildirilib.
Bizim.Media