"Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlib".
Bizim.Media xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu yaradıcı düşərgəni dünyanın bütün ölkələrində gerçəkləşdirmək istəyirik:
"Bu il sözügedən layihə Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirildi. Ağdam, Şuşa və digər bölgələrdə mədəni abidələrimiz dağıdılsa da, biz Qarabağı yenidən quracağıq. Çalışırıq ki, bölgədə sülhün yaradıcısı olaq. İşğaldan azad edilən rayonlardan, eləcə də Qarabağdan ilhamlanıb rəsmlər ərsəyə gətirməklə bizim mədəniyyət elçilərimizə çeviriləcəksiniz".
A.Kərimov vurğulayıb ki, burada olarkən gənc rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər bir xalq olduğunun şahidi oldu:
"Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanı dünya mədəniyyətinin böyük bir mərkəzinə çevrəcək".
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
18:46 / 04.09.2022
Mədəniyyət nazirindən Şuşa ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Mədəniyyət nazirindən Şuşa ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Mədəniyyət nazirindən Şuşa ilə bağlı AÇIQLAMA
92002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.