Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Rəssamlar Görüşməsi layihəsi çərçivəsində türk dünyası rəssamlarının 23-cü görüşünü Şuşada keçirmək niyyətindədir.
Bizim.Media Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının katibliyinə istinadən xəbər verir ki, 23-cü Rəssamlar Görüşməsinin Şuşada təşkil olunması məsələsi hazırda fəal şəkildə müzakirə olunur.
Bildirilir ki, Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyi üçün növbəti rəssamlar görüşməsinə ev sahibliyi etməyə ən uyğun məkandır. Şuşanı görmək türk dünyasının rəssamları üçün də böyük arzu və istəkdir.
Qeyd edək ki, rəssamlar görüşməsi TÜRKSOY-un həyata keçirdiyi strateji mədəniyyət layihələri arsında mühüm yerə sahibdir. Hər il təşkil olunan bu görüş çərçivəsində türk dünyasının fırça ustaları bir araya gəlir, rəssamlarımız arasında yeni-yeni əməkdaşlıq körpülərinin təməli atılır. Rəssamlara ev sahibliyi etmək Şuşanın inci gözəlliyini əks etdirən tabloların kətan üzərindən dünyaya çatdırılması baxımından da mühüm məsələdir.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:33 / 28.08.2022
Türk dünyasının rəssamları Şuşada bir araya gələcək?
Hazırda oxunan: Türk dünyasının rəssamları Şuşada bir araya gələcək?
Hazırda oxunan: Türk dünyasının rəssamları Şuşada bir araya gələcək?
90803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.