Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi "Qarabağ Vətən Müharibəsi" şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi Türkiyənin “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi”dir.
Qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı nazirliyin Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyevlə əlaqə saxlayıb.
O, sözügedən ekran əsərinin 8 noyabr tarixində təqdim ediləcəyini açıqlayıb:
“Bədii serialın çəkilməsi ilə bağlı layihənin hazırlıq mərhələsi tamamlanıb. Ekran işinin təqdimatı ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Amma çox istərdik ki, “Zəfər günü” - yəni 8 Noyabr tarixində bədii serial hazırlanıb geniş auditoriyaya təqdim edilsin. Ekran əsərinin üzərində çox böyük komanda çalışır”.
R.Əliyev həmçinin layihədə Azərbaycanın bir çox sevilən və məşhur aktyorlarının da yer alacağını bildirib.
“Sözügedən ekran işində yerli məşhur aktyorlar yer alacaq. Onların adlarını hələki açıqlaya bilmirik. Çünki filmdə çəkiləcək aktyorların adları tam təsdiq olunmayıb. Hazırda seçimlər gedir. Aktyor siyahısı dəqiqləşəndən sonra məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən bədii serial ilə bağlı ilk məlumatı “Dövlət satınalma”larının vahid internet portalı yayıb. “Bozdağ film” studiyası Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və s. bir sıra məşhur serialların istehsalçısıdır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
17:47 / 25.08.2022
44 günlük Zəfərə həsr olunan film çəkilişilə bağlı DETALLAR AÇIQLANDI
Hazırda oxunan: 44 günlük Zəfərə həsr olunan film çəkilişilə bağlı DETALLAR AÇIQLANDI
Hazırda oxunan: 44 günlük Zəfərə həsr olunan film çəkilişilə bağlı DETALLAR AÇIQLANDI
90436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.