Azərbaycanda neçə nəfər SSRİ Xalq artisti adı alıb? - SİYAHI 

Hazırda oxunan: Azərbaycanda neçə nəfər SSRİ Xalq artisti adı alıb? - SİYAHI 

90236

Sovetlər Birliyini 71 il müddətində yaşayarkən incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış tanınmış incəsənət xadimlərinə, sənət adamlarına onların gördüyü işlərin qiymətləndirilməsi, diqqətin göstərilməsi üçün bir sıra fəxri ad və tutullar verilirdi.

Təbii ki, dəyərləndirməklə yanaşı sözügedən titullar daha çox ideoloji məqsədlərin möhkəmləndirilməsi və daha dərin kök salması üçün də nəzərdə tutulurdu.

Həmçinin o illərdə “SSRİ Xalq artisti” fəxri adı ən ali və yüksək təltif kimi hesab olunurdu, bir sözlə hər bir sənətkar bu ada layiq görülmək eşqi ilə yaşayırdı.

O dövrün azərbaycanlılar üçün yaratdığı çətinliklər, milli ayrı-seçkilik və bu kimi səbəblər fəxri ad mövzusuna da təsirsiz ötüşməyib. Belə ki, bəzi mənbələrdə qeyd olunur ki, Cənubi Qafqaz respublikaları arasında “SSRİ Xalq artisti” adını ən az alan məhz azərbaycanlı xadimlər olub.

Lakin bu çətinliklərə baxmayaraq, azərbaycanlılardan bu yüksək ada layiq görülən sənət fədailərimiz olub. Bizim.Media həmin ada layiq görülən  xadimlərin siyahısını hazırlayıb. 

“SSRİ Xalq artisti” adını alan azərbaycanlı görkəmli xadimlərimiz:

1. “SSRİ Xalq artisti” adı alan ilk azərbaycanlı 17 aprel 1938-ci ildə dahi bəstəkar DÖVLƏT himnimizin müəllifi Üzeyir Hacıbəyov olub;

2. Onunla eyni vaxtda bu ada Azərbaycanın peşəkar vokal sənətinin banisi Bülbül də layiq görülüb; 

3. Azərbaycanın ilk peşəkar qadın müğənnisi, opera artisti, teatr xadimi Şövkət Məmmədova;

4. Azərbaycanın ilk balerinası, baletmeyster Qəmər Almaszadə;

5. Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi Rəşid Behbudov;

6. Dirijor, mayestro Niyazi (Niyazi Tağızadə);

7. Görkəmli bəstəkar Fikrət Əmirov;

8. Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev;

9. Azərbaycanın görkəmli teatr və və kino rejissoru Adil İsgəndərov;

10. Azərbaycanın bir sıra məşhur filmlərində rol alan, aktrisa Leyla Bədirbəyli;

11. Dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayev; 

12. Tanınmış bəstəkar Fərhad Bədəlbəyli;

13. Azərbaycan dünya şöhrətli müğənnisi Zeynəb Xanlarova;

14. Azərbaycanın opera müğənnisi Fidan Qasımova;

15. Azərbaycan bəstəkarı və rəssamı Arif Məlikov

16. Azərbaycan SSR mədəniyyət naziri Rauf Hacıyev;

17. Teatr rejisoru, aktyoru və pedaqoqu Mehdi Məmmədov;

18. Teatr və kino aktyoru İsmayıl Dağıstanlı (Hacıyev);

19. Teatr və kino aktyoru İsmayıl Osmanlı;

20. Məşhur “Karvan” suitasının müəllifi, bəstəkar Soltan Hacıbəyov;

21. Milli balet sənətinin əfsanəvi və klassik dühası hesab olunan Leyla Vəkilova;

22. Görkəmli opera müğənnisi Firəngiz Əhmədova;

23. Görkəmli kino və teatr aktrisası Hökümə Qurbanova

24. Böyük aktyor Ələsgər Ələkbərov;

25. Görkəmli aktyor və rejissor Sidqi Ruhulla

26. Teatr və kino aktyoru, SSRİ Dövlət mükafatı laureatı Mirzəağa Əliyev;

27. Mahir ifaçı Lütfiyar İmanov;

28. 1991-ci ildə ən axırıncı SSRİ Xalq artisti adına layiq görülən azərbaycanlı isə kinorejissor, ssenarist, aktyor və pedaqoq Əjdər İbrahimbəyovdur.

Qeyd edək ki, “SSR Xalq artisti” fəxri adı 1928-ci il iyulun 28-də təsis edilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin