Son illər milli teatr mövsmünün açılışı hər dəfə bir bölgəyə salınır. Yəni Azərbaycan teatrları yeni mövsümün açılışını bir bölgənin teatrında təntənəli qeyd edir. Bu ənənə 2015-ci ildən milli teatr mövsümünün Gəncə Dövlət Dram Teatrında açılmasıı ilə başlandı.
Həmin il teatrsevərlər teatr mövsümünü Gəncə teatrının quruluşunda Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinin tamaşası ilə qarşıladlar. Sonrakı illər bu ənənə Mingəçevir, Sumqayıt teatrlarında davam edib.
Pandemiya ilə əlaqədar bir az səngiyən açılş mərasimləri bəs bu il necə təşkil ediləcək?
Bizim.Media-nın ölkənin baş teatrı Akademik Milli Dram Teatrından aldığı məlumata görə, teatr builki teatr mövsümünü öz binasında açacaq.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda müstəqil teatr niyə yoxdur? – ƏSAS PROBLEMLƏR
Açılış mərasimi sentyabrın 15-də “Zəfər yolu” tamaşası ilə olacaq. 44 günlük Vətən müharibəsindən bəhs edən tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edirlər.
Akademik Dövlət Musiqili Teatr adətən mövsümü sentyabrın 18-i Üzeyir Bəy Hacıbəylinin doğum günü açır. Teatrdan aldığımıız məlumata görə, bu ilki mövsümün açılışı ilə bağlı qərar sentyabrın 1-də veriləcək.
Mədəniyyət Nazirliyindən Bizm.Media-nın sorğusuna cavab olaraq isə dedilər ki, məsələ ilə bağlı müzakirələr aparılır:
“Rəsmi qərar verildikdən sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Bizm.Media