Qürbətdə qalan SƏNƏTKARLARIMIZ – Elə küsmüşdü ki, Azərbaycanda dəfn olunmağa da razı olmadı

Hazırda oxunan: Qürbətdə qalan SƏNƏTKARLARIMIZ – Elə küsmüşdü ki, Azərbaycanda dəfn olunmağa da razı olmadı

89387

Vokalist Firəngiz Rəhimbəyovanın yaşadığı Los-Ancelesdə dünyasını dəyişib, elə orada da dəfn olundu. Bu olay bizi kədərli bir faktla üzbəüz qoydu. 

90-cı illədə bir çox elm və mədəniyyət adamları bu və ya digər səbəblərdən xarici ölkələrə üz tutdular.

Müxtəlif ölkələrdə yaşadılar, sənətləri ilə Azərbaycanda olduğu qədər ucalmadlar, bu bir başqa mövzudur. Mövzu xarici ölkələrdə dünyasını dəyişib, orda dəfn edilən sənətkarlardır. Çox uzağa getmədən, son illərə nəzər salaq.

Çox fərqli və geniş səs imkanları olan Cəfər Behbudovdan başlayaq. Firəngiz Rəhimbəyova ilə eyni nəsil sənətkarlar idiilər, duet də oxumuşdular. Eyni dövrdə də ölkədən uzaqlaşdılar. Böyük Rəşid Behbudovun bacısı oğlu, rejissor Ağaəli Məstanovla aktrisa Nəcibə Behbudovanın oğludur. Cütlüklər xəyanət ucbatından ayrılanda anası uşağı öz soyadına keçirib. 

Cəfər Behbudov Bakıda musiqi təhsili alıb, müxtəlif musiqi qruplarında fəaliyyət göstərib və məşhurlaşıb. Şöhrətin zirvəsində olanda Azərbaycanı tərk edib. Bəziləri onun gedişini dayısı Rəşid Behbudovun qısqanclığı ilə bağlayır. Əslində elə deyil, əksinə Rəşib Behbudovu qısqananlar Cəfər Behbudovu ölkədən didərgin saldılar. 

Layiq olduğu fəxri adla onun arasıında sədd yaradıb, gözlərinin önündə o adı layiq olmayanlara verəndə sənətkar qəlbi qırılmaya bilməzdi. 

Anası iki dəfə insult oldu, gözü yolda qaldı, Cəfər Behbudov Bakıya gəlmədi. 1999-cu ildə Nəcibə xanım dünyasını dyişəndən sonra gəldi və tez də qayıtdı. Heç kimlə görüşmədən, ünsiyyətdə olmadan. İncikliyinin səbəbi vətən deyildi, vətəndaş idi, amma Azərbaycandakı şöhrətini Ukraynada restoran-kafe səviyyəsində səhnələrə dəyişəcək qədər dərin idi. 2019-cu ildə xərçəngə tutulan Cəfər Behbudov Kievdə dünyasını dəyişir və öz vəsiyyəti ilə orda da dəfn olunur. 

Bu günkü nəslə Cəfər Behbudovun sənəti, ifası çatmadı, yarıda qırıldı. İtirdik. Eyni fikirləri Rirəngiz Rəhimbəyova barədə də demək olar.

“Bəxt üzüyü” filmi çəkilməsəydi o da yadda qalmayacaqdı. Əslində bir filmlə tanınması da sənətkarın xoşbəxtliyi deyil. Firəngiz Rəhimbəyova dövrürü çox kaloritli müğənnisi olub. Hər ikisi estradamızda Flora Kərimova ilə müqayisə olunan müğənni olub. 

Ağdam rayonunun Şişpapaqlı kəndində dünyaya gəlib. Anası Raisamı erkən yaşda itirib. Atası ikinci dəfə ailə həyatı qurur. Analığı Sona xanım AMEA-nın işçisi olub. Firəngizə övladı kimi baxıb, amma qisməti Bilgəhdə qocalar evi olub. 

Firəngiz Rəhimbəyova 80-ci illər Azərbaycan müasir estradasının yaradıcılarından biridir. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyib. Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Bizim dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Gülə-gülə", "Bəri bax", "Oğlan" adlı mahnılar ifa edir. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə "Bəxt üzüyü" filmindəki Sevda rolu gətirir.

Birinci həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-ın Los-Anceles şəhərinə köçür. 1999-cu ildə amerikalı memar Raymond Antoni ilə ailə həyatı qurub. Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və kiçik bizneslə məşğul olur. Sonuncu dəfə 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gəlib, "Bəxt üzüyü 2" filmində çəkilib. 

2022-ci il avqustun 16-sı qəfil ürək tutmasından vəfat edib və yaşadığı ölkədə dəfn edilib. 

Fransada dəfn edilən dahi Toğrul Nərimanbəyov da bu siyahıya aiddir. Taleyi bir az əvvəlkilərdən fərqli, daha faciəli. Dünyaşöhrətli rəssam, Azərbaycanın Xalq rəssamı, prezident təqaüdçüsü. 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edəndən sonra qızı ilə sonrakı xanımınn əmlakı bölə bilməmələri sənətkarın nəşini ortada qoydu. Xanımı qalib gəldi onu Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn etdilər. 

Məzar yerinin ödənişi ilə bağlı ərazi bələdiyyəsi tez-tez problem yaradır...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin