Mədəniyyət nazirliyi vətəndaşlardan dəstək istədi

Hazırda oxunan: Mədəniyyət nazirliyi vətəndaşlardan dəstək istədi

8897

Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı Mədəniyyət Nazirliyi vətəndaşlara müraciət edib.

Bizim.Media məlumatına görə, Nazirlik vətəndaşları Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb. 

“Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlardan bu gündən etibarən həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verməsini xahiş edirik”,- deyə müraciətdə bildirilir.  

Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a. Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin