Səməd Vurğunu Bağırovun qəzəbindən xilas edən kinomuzun “Kərbəlayi İsmayıl”ı haqqında bilmədiklərimiz - VİDEO 

Hazırda oxunan: Səməd Vurğunu Bağırovun qəzəbindən xilas edən kinomuzun “Kərbəlayi İsmayıl”ı haqqında bilmədiklərimiz - VİDEO 

87276

“Korifeylər” rublikasında bu dəfə Azərbaycanın görkəmli teatr və kino rejissoru, tanınmış aktyor, Qafqazın ilk SSRİ xalq artisti Adil İsgəndərov barədə söhbət açacağıq. 

Cəfər Cabbarlının tapıntısı 

Adil 1910-cu il may ayının 5-də Gəncəli Rza bəyin ailəsində dünyaya göz açıb. Soyadı İsgəndərbəyli olan Adil  Sovet hökumətinin təzyiqləri ilə bəy sonluğundan imtina etmək məcburiyyətində qalıb.  
Rza bəy Adilin 6 yaşı olanda rəhmətə gedir. O, ailə düşmənçiliyinin qurbanı olub. Gəncədə çox hörmətli bəylərdən sayılıb. Anası isə Möhsün bəyin qızı idi. Gəncə İcra Hakimiyyətinin binasının yerində əvvəllər karvansara olub. 10 yaşında Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə qoşulub.

Görkəmli dramaturq Cəfər Cabbarlı onu bu teatrda görüb, kəşf edir. Onun təkidi ilə Adil Bakıya gətirilir. Burada teatr texnikomunu əla qiymətlərlə bitirib, təhsilini davam etdirmək üçün Moskvaya gedib.

Bakıya qayıdandan sonra 26-27 yaşında “Azdrama”nın baş rejissoru, sonra direktoru olub. Uzun müddət teatrda fəaliyyət göstərib, səhnəyə yeni tamaşalar qoyub. Onun dövründə “Azdrama”ya hamı “İsgəndərovun teatrı” deyirdi. Teatrı çox sevirdi, özünü, səhhətini bu yolda fəda edirdi. 

Mərkəzi Komitənin katibi ilə toqquşma

Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Kozlov bir dəfə Adil müəllimə zəng edib ki, filankəsi bu rola çək, bir yəhudi var, onu da rejissor köməkçisi qoy. Adil İskəndərov bunu qəbul etməyib.

Deyib yoldaş Kazlov, siz bilirsinizmi ki, mikrorayonda su gəlmir? Siz yaxşı olar ki, su ilə məşğul olun, mən kino ilə məşğul olaram. Bunu deyib telefonun dəstəyini asıb. Bəs bunu ona bağışlayardılarmı?
Erməni ssenaristi kinostudiyadan necə qovdu?

Bir dəfə rejissor Əbdül Mahmudov Moskvadan bir erməni ssenaristi Bakıya gətirib. Həmin erməninin ssenarisi əsasında Azərbaycan neftçiləri haqqında film çəkmək istəyir. Adil müəllim onlardan heç nə soruşmayıb.

Baxan kimi bilib ki, o, ermənidir. Həmin erməniyə müraciətlə deyib ki, sən bura gələndə girişdə nə yazılmışdı? Erməni də cavabında “Azərbayacanfilm” yazıldığını bildirib.

Adil müəllim də “bura yazılmayıb ki, “Armenfilm”? Vağzalın yerini bilirsən? Otur maşına, get İrəvana, orada nə istəyirsən çək”, - deyərək ermənini kinostudiyadan qovub. Əbdülü də danlayıb ki, niyə Azərbaycan neftçiləri haqqında erməninin ssenarisindən istifadə olunmalıdır?

Ermənilərə qarşı daxili antipatiyası var idi. Milliliyi xoşlayırdı.

“Axrıncı aşırım” çəkiləndə filmlə bağlı Fərman Kərimzadə ilə tez-tez mübahisə edirlərmiş. Moskva filmi ssenaridə olduğu kimi çəkməyə qoymurdu. Ssenaridə edilən dəyişiklik də Fərman müəllimin xoşuna gəlmirdi. Adil müəllim ona deyir ki, Fərman, sən başa düşmürsən, bu gələcəkdə bizə lazım olacaq. Nə cür çəkilir, qoy çəkilsin. Tarixi film olacaq.
Tarixdən də bildiyimiz kimi, Kərbəlayi ömrü boyu Sovet hökuməti ilə deyil, ermənilərlə vuruşub. Bu filmdə oynadıqları kişi roluna görə, Tiflisdə keçirilən festivalda Həsən Məmmədova və Adil müəllimə qızıl medal vermişdilər.

O, istəmişdi ki, həmin medal Məlik Dadaşova verilsin. Ancaq Moskva icazə vermədi. Məlik Dadaşov onun tapıntısı idi… 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin