Avqustun 2-də Azərbaycan Kinosu Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişinin təşkili nəzərdə tutulub.
Bizim.Media Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi tədbirdə Nazirliyin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan filmlər nümayiş etdiriləcək.
Qeyd edək ki, bu qısametrajlı filmlərə “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük Qırmızı Ev” (rejissor Leylaxanım Qənbərli”), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki Yol” (rejissor Səddam Mehdiyev, Murad Hüseynov) və “Orrizuru” (rejissor Nihad J., Elgün Quliyev) daxildir.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
02:29 / 02.08.2022
Bakıda açıq kino nümayişi KEÇİRİLƏCƏK
Hazırda oxunan: Bakıda açıq kino nümayişi KEÇİRİLƏCƏK
Hazırda oxunan: Bakıda açıq kino nümayişi KEÇİRİLƏCƏK
86544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.