16 yaşında ərə verildi, ikinci dəfə tacirlə evləndi, içkiyə qurşandı – Xalq artistinin ACI TALEYİ - VİDEO

Hazırda oxunan: 16 yaşında ərə verildi, ikinci dəfə tacirlə evləndi, içkiyə qurşandı – Xalq artistinin ACI TALEYİ - VİDEO

86249

“Korifeylər” rublikasında bu dəfə görkəmli muğam ustası, Azərbaycan Opera və Balet Teatrının əvəzolunmaz aktrisası, Xalq artisti Rübabə Muradovadan söhbət açacağıq.
Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. 

16 yaşında ərə verilən Ərdəbilli qız

Rübabə Muradovanın həyatı çox ziddiyyətli və qalmaqallı olub. On altı yaşı olanda atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.

Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Müğənnilik səbəbindən onun ailəsi dağılsa da, o, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir.

İkinci dəfə tacirlə evlənir

Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində belə deyir: “O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi.

Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb.”

Ərdəbil nisgili

Ərdəbildəki evlərinin həsrətini çox çəkir, gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurmuş. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzədir, ordakı ağaclardan həyətlərində əkdirir. Deyilənə görə bir dəfə Astaraya qastrola gedəndə, sərhəddin kənarından dayanıb o taya baxıb və birdən Qəfildən bir nalə çəkib, möhkəmdən ağlayır. Yaxınlıqdakı adamlar onu uzun müddət sakitləşdirə bilmirlər.

Əsəbi və içkiyə meyilli sənətkar

Rübabə xanım çox hirsli və əsəbi adam olub. Bu da onun keçirdiyi dərin psixoloji sarsıntılarla əlaqəli olub. Bir dəfə böyük qızı Qəmərin Əlibaba Abdullayevin rəqs ansamblına yazılma xəbərini eşidəndə bərk əsəbiləşib. Qızı dərsdən evə gələndə onun saçından yolaraq başını soyuducuya soxub.

Deyilənə görə spirtli içkilərə meylli adam olub. Toylara gedəndə özü ilə termosda xüsusi içki aparırmış. Lakin, övladları onun şərabı sevdiyini qeyd edərək, deyilənlərin yalan olduğunu vurğulayıblar.

Daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin