Vətən müharibəsi haqqında serial “Bozdağ film” ilə birgə çəkiləcək

Hazırda oxunan: Vətən müharibəsi haqqında serial “Bozdağ film” ilə birgə çəkiləcək

86068

Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük Vətən müharibəsi ilə bağlı birgə serial layihəsi üzərində işləyirlər. Serial Türkiyənin tanınmış “Bozdağ film” studiyası ilə birgə çəkiləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib. 

E.Əliyev qeyd edib ki, ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub.

“Hazırlıq işləri tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci bölümün bu il təqdimatı gözlənilir”, – deyə Elnur Əliyev bildirib. 

Qeyd edək ki, “Bozdağ film” Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və s. tarixi mövzuda məşhur seriallarının istehsalçısıdır. Studiyanın qurucusu Mehmet Bozdağ “Diriliş Ertuğrul” ve “Kuruluş Osman” seriallarının rejissorudur.
Hazırda “Bozdağ film” təxminən 30 hektar ərazidə inşa edilən Türkiyənin ən böyük film platolarından birinə malikdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin