Dövlət Turizm Agentliyinin dəstəyi və Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu və milli aşpazlardan ibarət nümayəndə heyəti iyulun 16-17-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında iştirak edib.
Bizim.Media Agentliyə istinadən xəbər verir ki, tədbirdə milli mətbəx nümunələrimizlə yanaşı, Azərbaycanda çay mədəniyyəti, Qarabağ kətəsi də daxil olmaqla şəkərbura, paxlava, qoğal kimi milli şirniyyatlar, o cümlədən Azərbaycan şərabları təqdim olunub.
Milli aşpazlarımız Cavid Həsənov, Ruslan Əlizadə və Samirə Əmrahovadan ibarət komanda festival iştirakçılarına, tədbiri ziyarət edən media nümayəndələrinə Azərbaycan mətbəxinin ən sevilən təamlarından olan qutab, yarpaq dolması, kələm dolması, müxtəlif növ plovlar, həmçinin kükünün bir sıra növləri hazırlayaraq təqdim edib.
Festival çərçivəsindən milli mətbəximizin incilərini nümayiş etdirildiyi xüsusi masterklas keçirilib. 100 nəfərlik böyük auditoriya qarşısında baş tutan masterklasda aşpazlarımız tərəfindən 2017-ci ildə “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiyası üzrə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən milli yeməyimiz dolma hazırlanıb.
Dolmanın hazırlanma qaydası ilə yanaşı, auditoriyaya Azərbaycanın mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, mətbəxin formalaşmasına təsir edən əsas amillər barədə də məlumat verilib.
Azərbaycan stendini ziyarət edən qonaqların ən böyük marağına səbəb olan yeməklərdən biri də məhz “Cənub çələngi” olub.
6 növ plov, ləvəngi növləri və turşuqovurmanın vəhdətindən formalaşan bu özünəməxsus təqdimat üsulu milli mətbəximizin müasir təqdimatı istiqamətində atılan mühüm addımdır.
Bununla yanaşı, bu yeməkdə ölkənin əsas turizm marşrutlarından biri olan cənub istiqamətinin flora və faunası, həmçinin biomüxtəlifliyi də təmsil olunub.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:45 / 18.07.2022
Azərbaycan mətbəxi “National Geographic Traveller” festivalında - FOTO
Hazırda oxunan: Azərbaycan mətbəxi “National Geographic Traveller” festivalında - FOTO
Hazırda oxunan: Azərbaycan mətbəxi “National Geographic Traveller” festivalında - FOTO
84272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.