Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ərsəyə gətirilən “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Mərkəzin “Facebook” hesabında yerləşdirilib.
Bildirilib ki, kitabda tarixi və geosiyasi vəziyyət, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə baxışa yer verilib.
Qeyd edilib ki, aparılan tədqiqatlar Qərbi Azərbaycandakı maddi-mənəvi irsimizin mühüm bir hissəsi haqqında məlumat əldə etmə imkanı yaradıb.
MÖVZU İLƏ BAĞLI:
“İrəvan və Zəngəzurda da abidələrimiz bərpa olunacaq” - NAZİR
Bu tədqiqat Ermənistan ərazisindəki tarixi torpaqlarda azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkanı verir.
Cədvəldə təqdim edilən, yararlı və xaraba qalan abidələr ermənilər tərəfindən mənimsənilərək erməni abidəsi kimi təqdim olunur.
Qeyd: Tədqiq edilən 244 abidədən dağıdılan abidə sayı 133, xaraba qalan / erməniləşdirilən abidələrin sayı 51, yararlı olan / erməniləşdirilən abidə sayı 58, yararlı olan / erməni kilsəsinə çevrilən 1, yararlı olan fars məscidi kimi təqdim olunan 1-dir.
Abidələrdən 49 pir / ocaq / ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar tərəfimizdən aparılan tədqiqat nəticəsində ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə olunub və siyahı daha da təkmilləşmiş vəziyyətə gətirilib.
Eyni zamanda, tədqiqat nəticəsində əvvəlcədən mövcud olan məlumatlar da yeni istinad və mənbələr əsasında yenidən işlənərək zənginləşdirilib, kitab kimi nəşrə hazır vəziyyətə gətirilib.
Tədbirin sonunda konferans iştirakçıları tərəfindən UNSECO-nun baş direktoruna müraciət qəbul edilib.
Bizim.Media