Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbouri Azərbaycan ordusuna həsr etdiyi “Qarabağ marşı” bəstələyib. O, son günlər ərzində Dağlıq Qarabağda baş verənləri izlədiyini və Azərbaycan ordusunu dəstəklədiyini bildirib.
Marşın sözləri Azəryar Danışvərə məxsusdur. “Qarabağ marşı”nı Vyana Rixard Vaqner Konservatoriyasının tələbəsi Fərhad Soltani ifa edib.