Venesiyada Azərbaycan pavilyonu (VİDEO+FOTO)

Hazırda oxunan: Venesiyada Azərbaycan pavilyonu (VİDEO+FOTO)

78136
56-cı “Venesiya Biennalesi”x9d - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunda “Hüdudları aşaraq”x9d (“Beyond the Line”x9d) və “Vita Vitale”x9d sərgisi davam edir.

Moderator.az bildirir ki, Heydər Əliyev Fondundan ans press-ə verilən məlumata görə, mayın 6-da açılışı olan hər iki sərgi noyabrın 22-dək ziyarətçiləri qəbul edəcək.

“Hüdudları aşaraq”x9d sərgisində Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərləri təqdim edilir. “Hüdudları aşaraq”x9d sərgisi XX əsrin repressiv Sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır. 

Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdikləri “Vita Vitale”x9d sərgisi isə planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir. 

Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Sərgidə Edvard Burtinski (Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony Cragg), Laura Ford (Laura Ford) , Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (Andy Warhol) və digər məşhur rəssamların əl işləri yer alıb.

Azərbaycan pavilyonunun açılışından hazırlanan foto və video çarxı sizə təqdim edirik.

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin