Milanın "La Scala" teatrının rus mədəniyyəti ilə bağlı QƏRARI

Hazırda oxunan: Milanın "La Scala" teatrının rus mədəniyyəti ilə bağlı QƏRARI

78090

Məşhur “La Scala” Opera Teatrının rəhbərliyi mətbuat konfransında Qərbdə rus mədəniyyətinin ləğv edilməsinin əleyhinə çıxış edib.

Bizim.Media xəbər verir ki, yeni teatr mövsümü Musorqskinin "Boris Godunov" əsəri ilə açılacaq.

Xatırladaq ki, bu yaxınlarda “La Scala”da Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebkonun çıxışları ləğv edilmişdi, lakin sonradan repertuara qaytarılmışdı.

Bundan başqa, teatrın idarəedici direktoru Dominik Meyer və Milanın meri Cüzeppe Sala Valeri Gergievdən Ukraynadakı vəziyyətlə bağlı mövqeyini bildirməyi tələb ediblər.

“Mən cadugər ovçu deyiləm. Mən rus əsərlərinin ləğvinin əleyhinəyəm. Puşkini oxuyanda gizlətmirəm” - "La Scala"nın idarəedici direktoru Dominik Meyer məsələyə münasibət bildirərlən deyib.  
"La Scala"nın baş dirijoru və musiqi direktoru Rikardo Çai isə “Rus ifaçılarına qarşı ələyhimiz yoxdur. Biz kimik ki, mühakimə edək? Bu seçimə görə məsuliyyət daşıyıram” deyə, açıqlama verib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin