“Xəstəliyimlə bağlı ilk 10 günlük müalicəmi Türkiyədə aldım. Bu müalicə isə sxemlə gedir. Xəstəliyimin remissiya dövrü olacaq. Deyirlər ki, xərçəngə tutulmuşam. Amma bu yalan informasiyadır. Müalicəm bu ay yekunlaşır. Müalicəmi bitirdikdən sonra xəstəliyimlə bağlı sizə açıqlama verəcəyəm”.
Bu sözləri Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, əməkdar artist Mələk Abbaszadə Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Aktrisa bu xəstəliyə stress səbəbindən tutulduğunu bildirib.
“Dəqiq sizə deyə bilməyəcəyəm. Çünki bu xəstəliyin orqanizmdə olub-olmamasını dərhal demək olmur. Yavaş-yavaş büruzə verir. “Xosrov və Şirin” serialına çəkildiyim zaman özümü pis hiss etmirdim. Keçən ilin may-iyun aylarında serialı bitirdik, amma xəstəliyim oktyabrda baş qaldırdı. Mən bu xəstəliyimi stresslə əlaqələndirirəm. Çünki bu bir ildə çox stress keçirdim”.
Sürətlə müalicəsini davam etdirən M.Abbaszadə filmə çəkildiyini və teatra qayıtdığını da açıqlayıb.
“İndi özümü daha yaxşı hiss edirəm. Hətta bir dramatik filmə də çəkilmişəm. Bu film festival üçün nəzərdə tutulub.Yaxın günlərdə filmlə bağlı geniş açıqlama verəcəyəm. Artıq işimin başına teatra da qayıtmışam. Tamaşalarımı oynayıram. Ümüd edirəm ki, hər şey yaxşı olacaq”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
12:51 / 25.05.2022
Əməkdar artist düçar olduğu nadir xəstəliyindən danışdı: “Xərçəng deyiləm” - AÇIQLAMA
Hazırda oxunan: Əməkdar artist düçar olduğu nadir xəstəliyindən danışdı: “Xərçəng deyiləm” - AÇIQLAMA
Hazırda oxunan: Əməkdar artist düçar olduğu nadir xəstəliyindən danışdı: “Xərçəng deyiləm” - AÇIQLAMA
76098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.