Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb.
Bizim.Media xəbər verir ki, iki gün davam edən konfransda milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkdaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu, keçmiş çağırışlar – gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Sultanbay Rayev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və digər hökumət və beynəlxalq təşkilatların nümayəndələri çıxış edib.
Bildirilir ki, konfrans iştirakçıları üçün Şuşa şəhərində gəzinti və tanışlıq təşkil ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
14:15 / 20.05.2022
Şuşada keçirilən beynəlxalq konfrans başa çatdı
Hazırda oxunan: Şuşada keçirilən beynəlxalq konfrans başa çatdı
Hazırda oxunan: Şuşada keçirilən beynəlxalq konfrans başa çatdı
75356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.