“Ermənilər Qarabağda 67 məsciddən 63-nü tamamilə, 4-nü isə qismən dağıdıb” – Mübariz Qurbanlı

Hazırda oxunan: “Ermənilər Qarabağda 67 məsciddən 63-nü tamamilə, 4-nü isə qismən dağıdıb” – Mübariz Qurbanlı

75128

"Ermənistan işğal dövründə bu ərazilərdə vandalizm aktı törədib, Azərbaycan xalqına məxsus olan dini, mədəni-dini irsi yerlə-yeksan edib. Məscidlər, ziyarətgahlar və qəbiristanlıqlar dağıdılıb. Məscidlərdən hətta heyvan saxlanılan tövlə kimi istifadə edilib. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Komitəsindən saxta Ramazan təqvimi yayanlara XƏBƏRDARLIQ 


Onun sözlərinə görə, Qafqaz Albaniyasına aid Xristian abidələri daxili və xarici görkəmləri dəyişdirilərək qriqoriyanlaşdırılıb (Gəncəsər, Xudavəng və s.), yaxud da dağıdılıb:

“Təsadüfi deyil ki, bir sıra xarici jurnalistlər erməni vandalizminin qurbanı olmuş Ağdam şəhərini “kabuslar şəhəri”, “kiçik Hiroşima” adlandırıb.

Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda müsəlman, xristian, yəhudi və s. dinlərin nümayəndələri ilə yanaşı, ermənilər də sərbəst yaşayır, hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunur:

“Hazırda dinlərin insanlara verəcəyi əsas töhfə onlar arasında vəhdət və harmoniyanın təmin edilməsi, dini liderlər tərəfindən irqi, dini ayrı-seçkilik, ekstremizm və separatizmin tənqidinə yönəlik çağırışların edilməsidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin