Fotoqraf Fan Şi San Çin səddinin görünməyən tərəflərinin şəkilərini çəkib. ANS PRESS-in məlumatına görə, virtual dünyada maraqla qartşılanan fotolar eyni zamanda görənləri təccübləndirib. Səddin bəzi hissələri yaxşı mühafizə olunsa da bəzi yerlərinin uçub dağıldığı və bərpaya ehtiyacı olduğu məlum olub.
Çin səddinin tikintisinə eradan əvvəl VIII əsrdə başlanılıb və bu tikinti 2 000 ildən çox davam edib. Avropalılar Çin səddindən 1605-ci ildə portuqaliyalı səyyah Bento de Qoys sayəsində xəbər tutublar. Divarın tikintisinin rəsmi başa çatma vaxtı imperator Son Minqin hakimiyətdən getdiyi 1644 tarixinə təsadüf edir.
Çin səddinin ən geniş yeri 9.144 metr, ən hündür yeri 3.7 metrdir. Dəqiq bilinməməklə yanaşı divarın tikintisində 8 000-dən çox insanın işlədiyi bildirilir.
Məlumata görə ilk dəfə əl arabası da həmin dövrdə çimlilər tərəfindən icad olunub və divarın tikintisinə istifadə edilib.
Çin səddinin kosmosdan görünməsi barədə iddialar isə tamamilə əfsanədir. Çin səddini aydan görməklə 3.5 km uzaqda olan tükü görmək eyni şeydir.
Çin səddinin əsas məqsədi şimaldan ola biləcək hücumlardan müdafiə olunmaqdır. Divar boyu müəyyən məafələrlə tikilmiş müşahidə qüllələrindən bayraq, tüstü və s. vasitələrlə xəbər ötürmək üçün də istifadə olunub.
Bundan başqa Çin səddi dünyanın ən uzun qəbristanlığı kimi də qəbul olunur. Bəzi rəvayətlərə görə tikinti vaxtı dünyasını dəyişən minlərlə fəhlə elə divarın içinə hörülüb.
Ümumi uzunluğu təxminən 8 850 km olan Çin səddi Lalonqtouda başa çatır.



























































































































