Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslim Maqomayevin heykəlinin ucaldılması prosesinin uzanmasına münasibət bildirilib.
Bizim.Media xəbər verir ki, o, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, korifey sənətkarın heykəlinin ucaldılması ilə bağlı müsabiqə keçirilib.
"Heykəl Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Heykəlin tam hazır olduğunu demək çətindir. Heykəl tam hazır olanda icatimaiyyətə təqdim ediləcək", - E.Əzizov vurğulayıb.
Xatırladaq ki, Müslüm Maqomayevin heykəli Xalq rəssamı Ömər Eldarov tərəfindən hazırlanır. Heykəl Dənizkənarı Milli Parkda ucaldılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:09 / 10.05.2022
Bakıda Müslüm Maqomayevin heykəli hazırlanır - Dənizkənarı Milli Parkda ucaldılacaq
Hazırda oxunan: Bakıda Müslüm Maqomayevin heykəli hazırlanır - Dənizkənarı Milli Parkda ucaldılacaq
Hazırda oxunan: Bakıda Müslüm Maqomayevin heykəli hazırlanır - Dənizkənarı Milli Parkda ucaldılacaq
73564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.