Bir ovuc ŞUŞA torpağı...

Hazırda oxunan: Bir ovuc ŞUŞA torpağı...

  • Bir ovuc Şuşa torpağı deyirdim axı...
717

Vüqar Bayramov: “Talanmış sərvətlərimizə görə gəlir əldə edən xarici şirkətlərə də sanksiyalar tətbiq edilməlidir”.

Şuşa torpağına qədəm qoymağımıza çox az qalıb. Bu fikir ona görə ürəklə qeyd edirəm ki, rəşadətli Azərbaycan ordusuna güvənirik. Əgər bu gün  Cəbrayılımıza, Füzulimizə və Xocavənd torpaqlarına ayaq basa biliriksə demək ki, Şuşaya gedən yol da çox qısadır.

HAŞİYƏ: Azərbaycan Respublikası 1954-cü ildə Haaqa Konvensiyasına Birinci Protokola, 1993-cü və 2000-ci ildə İkinci Protokola qoşulub. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur.

Bir ovuc Şuşa torpağı deyirdim axı...

Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülüb,  eksponatlarla Bakıdakı ev-muzeyində qorunan Şuşa torpağı öz yerinə dönəcəyi günü gözləyir.

Ümumilikdə, o dövr üçün mövcud Cəbrayıl Tarix- Diyarşünaslıq Muzeynin 17 mindən çox eksponatının təxminən 16 minini düşmən işğalı altından çıxarmaq mümkün olub. 

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini Azərbaycan İstiqlal Muzeyində davam etdirir.

İşğalı zamanı eksponatlarını təxliyyə edən digər bir muzey məhz Şuşa Muzeyi olub. 246 eksponatdan 183-ü xilas edilərək Bakıya gətirilib. Fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyinin əsas binasında davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin