Uzun illər işğalçı əlində qalan, indi isə Vətən adlı hüzura qovuşan sənət nümunəsinin taleyi də macəralı olub. Mədəniyyət Nazirliyinin əməkdaşı Nərgiz Abdullayeva xalçanın bizə məxsusluğunu sübut edən dəlillərin olduğunu deyir.
“Üzərinə Azərbaycan dilində kirill əlifbası ilə “1 yanvar 1971-ci il Sərvərə anadan əbədi yadigar ad günü hədiyyəsi” sözləri yazılıb. Buna baxmayaraq ermənilər xalçanı hər yerdə “Antik Ermənistan - Qarabağ xalçası” adı ilə təqdim ediblər. 2017-ci ilin fevral ayında ABŞ-ın Los-Anceles şəhərində keçirilən hərracda da bu ad ilə çıxarılıb. Əslən azərbaycanlı olan Amerika vətəndaşı Elşad Tahirov bu sənət incisini Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edib. Hazırda dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması, atribusiyanın aparılması prosesi davam etdirilməkdədir”.