Məşhur türk yazıçısı Yaşar Kamal dəfn edilib - FOTO

Hazırda oxunan: Məşhur türk yazıçısı Yaşar Kamal dəfn edilib - FOTO

71351
Məşhur türk yazıçısı Yaşar Kamal dəfn edilib.

APA-nın məlumatına görə, fevralın 28-də vəfat edən məşhur Türk yazarı Yaşar Kamal martın 2-də dəfn edilib. İstanbulun Təşvikiyyə məscidində günorta namazından sonra Yaşar Kamalın cənazə namazı qılınıb. Cənazə namazında Türkiyənin Xİ prezidenti Abdullah Gül, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək,Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, Xalqların Demokratiya Partiyasının həmsədri Səlahəddin Dəmirtaş,siyasətçilər, ədəbiyyat və sənət adamları səf tutublar. Yazar Zəncirliquyu qəbristanlığında dəfn edilib.
 
Dəfn mərasimindən sonra Lütfi Kırdar adına  toplantı salonunda Yaşar Kamala vida mərasimi təşkil edilib. Jurnalist-yazar Zeynəb Oralın aparıcısı olduğu mərasimdə Yaşar Kamalın həyatına həsr edilmiş sənədli film nümayiş etdirilib. Teatr və kino sənətkarları Tilbə Saran, Məltəm Cumbul,Cihan Ünal və Səlçuq Yöntəm Yaşar Kamalın əsərlərindən parçalar oxuyublar. Tanınmış pianoçu İdil Biret Yaşar Kamalın xatirəsinə Şopenin Birinci balladasını ifa edib.
 
1923-cü ildə Adana vilayətinin Həmitə kəndində anadan olan Yaşar Kamalın əsl ad-soyadı Kamal Sadık Gökçəlidir. Yaradıcılığa 1941-ci ildə yazdığı gündəliklərlə başlayan yazar, 1951-ci ildə “Cümhuriyyət”x9d qəzetinə müsahibə müxbiri olub. Məşhur rəssam Abidin Dinonun tövsiyyəsi ilə  işə başladığı gün ad-soyadını Yaşar Kamal olaraq dəyişdirib. 1947-ci ildə çətin maddi şəraitdə yazmağa başladığı “İncə Məməd”x9d adlı romanının ilk hissəsini 1955-ci ildə bitirib “Cümhuriyyət”x9d qəzetində çap etdirməyə başlayınca Türkiyədə  tanınıb. 1960-cı illərdə Türkiyə İşçi Partiyasının rəhbərliyinə seçilib, ədəbi və siyasi mübarizəsinə görə, dəfələrlə məhkəməyə çıxarılıb, bir neçə dəfə cəzalandırılıb. 4 cilddən ibarət olan “İncə Məməd”x9d romanını 1988-ci ildə bitirib, roman indiyə qədər 48 dilə tərcümə edilib. 1990-cı illərdə “kürd məsələsi”x9dni gündəmə gətirdiyinə Dövlət təhlükəsizliyi məhkəməsi tərəfindən cəzalandırılan Yaşar Kamal, qanundakı dəyişikliklə həbsxanaya girməkdən xilas olub. Ömrünün  sonuna qədər Türkiyənin ədəbi və ictimai-siyasi həyatında fəal rol oynayan Yaşar Kamal, yanvar ayında vəziyyəti pisləşincə xəstəxanaya aparılıb. Bəzi orqanlarının funksiyalarını itirməsi nəticəsində Yaşar Kamal fevralın 28-də 92 yaşında vəfat edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin