Çingiz Abdullayev: “Özümü 30 yaşında hiss edirəm”

Hazırda oxunan: Çingiz Abdullayev: “Özümü 30 yaşında hiss edirəm”

68453

Bu gün Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayevin doğum günüdür.

Bizim.Media bu münasibətlə Çingiz Abdullayevdən aldığı özəl açıqlamasını təqim edir:

“Doğum günümü həmişə olduğu kimi, adətim üzrə ailəmlə birlikdə keçirəcəyəm”.

Yaş artdıqca bəzi insanlarda yaranan yaşlanma qorxusunun ondan kənar olduğunu bildirən Çingiz Abdullayev söyləyib ki, hələ də özünü cavan hiss edir:

“İnsanın fiziki yaşından başqa ruhən hiss etdiyi bir yaş da olur. İndi 63 yaşım olmasına baxmayaraq, özümü 28-29, maksimum 30 yaşında hiss edirəm”.

Doğum gününü ilə bağlı kitab təqdimatının keçiriləcəyini söyləyən Çingiz Abdullayev Bizim.Media-ya olan açıqlamasında qeyd edib ki, sabah saat 17:00-da Libraff Kitab mağazasında “Oliqarxın səhvi”, “Oliqarxın Qayıdışı”, “Oliqarxın Varisi”, “Oliqarxın Vəsiyyətnaməsi” adlı kitablarını oxucuları ilə görüşüb özü şəxsən imzalayacaq.

Bizim.Media kollektivi adından Azərbaycan ədəbiyyatının dünyadakı siması olan, gənc ruhlu Xalq yazıçımız Çingiz Abdullayevi doğum günü münasibətilə təbrik edir, yaradıcı fəaliyyətində uğurlar arzu edirik.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin