Parkinson xəstəliyindən əziyyət çəkən aktyor: “Təqaüd də almıram...”

Hazırda oxunan: Parkinson xəstəliyindən əziyyət çəkən aktyor: “Təqaüd də almıram...”

66801

Bir neçə ildir səhhəti ilə bağlı ciddi problem yaşayan tanınmış aktyor Allahverdi Yolçuyev son durumu ilə bağlı danışıb.

Aktyor Bizim.Media-ya açıqlamasında hazırda səhhətinin normal olduğunu vurğulayıb:

“Üç-dörd ildir xəstəliyimlə bağlı əllərimdə əsmə var. Parkinson xəstəliyindən əziyyət çəkirəm. Amma son dövrlər səhhətimdə cüzi də olsa, irəlləyiş hiss edirəm. Təbii ki, bu xəstəliyin müalicəsi tam yoxdur. Müalicəsi olmasa da inkişafının qarşısı alınıb. Həkimlər nə deyirsə, onu edirəm. Sağ olsunlar. Müalicəmi təmənnasız edirlər”.

Allahverdi Yolçuyev son illər əllərində olan əsməyə görə gücünün azaldığını və səhnəyə çıxmasının mümkünsüzlüyünü də vurğulayıb:

“Yaxşı ki, dublyaj var. Dublyaja gedirəm, uşaqlarım böyüyüb, ev-eşik sahibidirlər. Onlar mənə kömək edirlər. Yoxsa, yaşamaq çətin olardı. 65 yaşım olmadığına görə, təqaüd də almıram. Amma həyata ümidlə baxıram. İnanıram ki, hər şey yaxşı olacaq”

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin