Azərbaycanda müstəqil teatr niyə yoxdur? – ƏSAS PROBLEMLƏR

Hazırda oxunan: Azərbaycanda müstəqil teatr niyə yoxdur? – ƏSAS PROBLEMLƏR

65587

Azərbaycanda yaradıcı proses olaraq müstəqil teatrların yaranması və inkişafı hansı səviyyədədir və Müstəqil teatrların yaranmasına hansı amillər maneçilik törədir - cavablar Bizim.Media-nın araşdırmasında.

Yuğ Teatrının rejissoru Mikayıl Mikayılovun sorğumuza verdiyi açıqlamasında Azərbaycanda müstəqil teatrlar üçün əsas problemin onların qeydiyyatdan keçməsi məsələsi olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Teatrlar yeni mövsümə HAZIRDIR – “Qarabağnamə” ilə BAŞLAYIRIQ


“Bizim qanunda elə bir təcrübə yoxdur ki, müstəqil bir teatr qeydiyyata alınsın. Bütün ölkələrdə qanunla teatrlar qeyri-kommersiya kimi qeyd olunur bizdə isə kommersiya kimi qeydiyyatdan keçməsi şərtləndirilir. Buna əsas səbəb kimi teatrların bilet satması göstərilir. Əslində bu doğru yanaşma deyil. Teatr bilet satsa da gəliri çox olmur. Axı o mağaza və ya bazar deyil ki, satışdan külli miqdarda pul götürsün.

Həmçinin müstəqil teatrlarımızın yaranması və cəmiyyətə adaptasiya olunmasında sponsor problemi var. Başqa ölkələrin praktikasına nəzər salsaq görərik ki sponsurun teatra yatırdığı məbləğə görə, ya vergi tutulmur, ya da çox az faizdə vergi ödənilməsi nəzərdə tutulur. Bizdə isə qanuna görə tutulan faiz çox yüksəkdir. Məncə müstəqil teatrların yaranması inkişafı üçün bu sahədə olan qanunlara yenidən baxılmalıdır”.

Teatr tənqidçisi Dağlar Yusif isə bu mövzuya tam fərqli aspektlərdən yanaşıb:

“Deyilənə görə Azərbaycanda 20-dən çox müstəqil teatr var. Ümumiyyətlə teatr adına nə varsa, janrından və estetikasından asılı olmayaraq onların çoxalması hər bir halda inkişaf deməkdir. İlk öncə müstəqil teatrın nə olduğunu anlamalıyıq. Yəni müstəqil teatr deyiləndə nə nəzərdə tutulur? Hansı mənada müstəqil olduğunu aydınlaşdırmalıyıq.

Bu gün Azərbaycanda müstəqil adlandırdığımız teatrlar peşəkar teatrlarımızın alt bazasını təşkil etməkdədir. Peşəkar teatrlarımızın bu günkü əhəmiyyəti şəxsən mənim üçün o deməkdir ki, sadəcə onlar Azərbaycan aktyorlarının praktika zonasını genişləndirir və  səhnədə özlərini tapmağa kömək edir. Azərbaycanda dövlət teatrları bir neçə yüz ştatdan ibarətdir.

Hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 100-ə yaxın aktyor bitirir, amma onların heç bir faizinin də işlə təmin olunması mümkün deyil. Yaxşı olardı ki, dövlət teatrlanın alt sistemləri və studiyaları yaradılsın ki, gənclər də orada  öz yaradıcı fəaliyyətlərini təmin edə bilsinlər.

Hazırdakı müstəqil teatr anlayışı gənclərin teatrlara düzgün inteqrasiyasının təşkil olunmaması nəticəsində yaranıb. Mən onlara gərgin və keyfiyyətli iş  və ilk növbədə müstəqil teatr düşüncəsinə tam olaraq yiyələnməyi, müassir dünya düzənində, müstəqil teatr anlayışının kordinatlarında özlərini hiss etməyi arzu edirəm.

Bura daxildir: maliyyə məsələləri, alternativ yaradıcılıq xəttlərindən enerjisindən düzgün istifadə və s amillər. Müstəqil teatrın ilkin mərhələsi olaraq praktika zonasının yaradılması, sonra isə onun içində düzgün eksperimentlərin edilməsi də vacibdir.

Əslində yaradıcılıq elə bir prosesdir ki, orada heç nəyi əvvəlcədən nəzərdə tutmaq mümkün deyil. Yalnız bir şey lazımdır: İşləmək, işləmək və  işləmək”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin