Ekranlarda daha bir Azərbaycan filmi - “Olimpia”

Hazırda oxunan: Ekranlarda daha bir Azərbaycan filmi - “Olimpia”

65297

“CinemaPlus” kinoteatrlar şəbəkəsində sabahdan Azərbaycan istehsalı olan “Olimpia” filminin nümayişi başlayır.

Bizim Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının ekranlaşdırdığı film melodram janrındadır. 

Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ paytaxtı olan Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı rejissorun filmi Tokioda xüsusi mükafat aldı - FOTO


İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar.

Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq, o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir.

Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev.

Rollarda Qurban İsmaylov, Kəmalə İsrafilova, Vidadi Həsənov, Məbud Məhərrəmov, Hacı Ismayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov çəkilib.

Ülviyyə Həsənqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin