Bakıda VII Britaniya Film Festivalı başa çatdı

Hazırda oxunan: Bakıda VII Britaniya Film Festivalı başa çatdı

65259

Bakıda sayca 7-ci dəfə keçirilən Britaniya Film Festivalı bu il Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuşdu.

Bizim.Media xəbər verir ki, iki həftəyə yaxın davam edən festival “British Council”, Böyük Britaniya səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Filmlər Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş olunub.

Nizami Kino Mərkəzində festivalın açılışında çıxış edən səfir Ceyms Şarp deyib:

“Mən ürəkdən sevinirəm ki, “British Council”ın daha bir neçə mükəmməl Britaniya filmini Azərbaycana gətirməsini dəstəkləyə bilmişik. Builki festivalın mövzusu iqlim dəyişikliyidir və biz filmlərin auditoriyanı əyləndirəcəyinə, maarifləndirəcəyinə və insanlara ilham verəcəyinə ümid edirik”.

Festivalın ilk filmi “Oskar” mükafatlı aktyorlar Cim Brodbent və Helen Mirrenin rol aldıqları “Hersoq” retro-komediyası olub.

Bundan əlavə, Nizami Kino Mərkəzində “Şlyapalı kişi”, “Suvenir. II hissə” və “Qaynama nöqtəsi” filmləri nümayiş olunub. İngilis kinosu həvəskarları YARAT Müasir İncəsənət Məkanında “İnsanlar iqlim dəyişikliyinə qarşı” və “Sərhədlərin məhvi: planetimiz haqqında elm” sənədli filmlərini də izləmək imkanı əldə ediblər.

Sonuncu film tamaşaçıları təkcə planetimizin sabitliyi üçün deyil, həm də bəşəriyyətin gələcəyi üçün keçməməli olduğumuz planetar hədləri kəşf etmək üçün səyahətə çıxarıb.

Yeri gəlmişkən qeyd edək ki, martın 9-da YARAT Müasir İncəsənət Məkanında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) 2021-ci il üzrə qısametrajlı filmlər proqramında yer almış 7 qısametrajlı ekran əsəri (3-ü animasiya filmi) də təqdim olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin