Rusiyanın Mədəniyyət nazirindən Azərbaycana BAŞSAĞLIĞI

Hazırda oxunan: Rusiyanın Mədəniyyət nazirindən Azərbaycana BAŞSAĞLIĞI

65081

Rusiya Federasiyasının Mədəniyyət Naziri Olqa Lyubimova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar İttifaqın ünvanına başsağlığı teleqramı yollayıb.

Bizim.Media Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən teleqramın mətnini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Rüstəm İbrahimbəyovun cənazəsi Bakıya gətirildi


“Dərin təəssüf hissi ilə öyrəndim ki, müasir dövrün görkəmli nasiri, dramaturq və rejissor Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov dünyasını dəyişib.

Çoxşaxəli istedad və müstəsna bədii zövq sahibi olan Rüstəm İbrahimbəyov kino sənətinin birmənalı şəkildə ustadı idi. Onun bir çox ədəbi əsərləri ekranlaşdırılaraq müxtəlif nəsillərin rəğbətini qazanmışlar. Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyovun əziz xatirəsi həmkarları arasında, onun sadiq pərəstişkarlarının və oxucularının qəlbində qalacaqdır.

Doğmalarına və yaxınlarına mənim dərin başsağlığı sözlərimi çatdırmağınızı rica edirəm. Ruhu şad olsun!”

Xatırladaq ki, Rüstəm İbrahimbəyov martın 16-da Birinci Fəxri Xiyabanda dəfn ediləcək.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin