“Şuşa sadə bir yer deyil. Şuşa ruhu olan şəhərdir”.
Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Nurəddin Mehdixanlı “Şuşa söhbətləri” layihəsinin təqdimatı zamanı bildirib.
Sənətkar əlavə edib ki, kiçik bir şəhərin içərisindən bu qədər böyük sənət adamlarının ictimai xadimlərin çıxması təsadüfi deyil.
“Üzeyir bəy, Yusif Vəzir Çəmənzəminli, Xurşidbanu Natəvan. Kimlər var, kimlər. Amma bir şəxsiyyət də var ki, onun adı az cəkilir. O, xanım Ağabəyim ağadır. Ağabəyim ağanın adına filmlər çəkilməli, heykəli ucaldılmalıdır. Ağabəyim ağa namus simvoludur. Təəssüf ki, onun həyatı, yaradıcılığı haqqında təbliğat azdır.
Mən Birinci və ikinci Qarabağ savaşında əsgərlərimizin yanında oldum. Amma ikinci savaş çox başqa idi. Əsl savaş, əsl döyüş idi. 44 gün ərzində Qarabağda bütün Azərbaycan döyüşdür. Yüzlərlə şəhid gördüm. Hamının üzündə təbəssüm var idi. Şəhidin üzündə xoşbəxtlik görmək, qovuşduğu cənnətin, Vətən sevgisinin böyüklüyündən xəbər verir.
Şuşanı bütün dünyaya başı dik, fəxrlə, məğrurluqla çatdırmalıyıq. Kinomuz, teatrımız qələbəmizi özündə əks etdirməlidir. Yeni filmlər çəkilməli, pyeslər yazılmalı, tamaşaya qoyulmalıdır.
Bu gün həm ədəbiyyatımız, teatrımız, kinomuz qələbəmizi borcludur. Bu acıları unutmayaq, böyüklüyümüzü bilək və qüdrətimizi dünyaya çatdıraq. Çünki, döyüş hələ bitməyib. Biz hər zaman döyüşə, mübarizəyə hazır olmalıyıq”, - deyə Nurəddin Mehdixanlı bildirib.
Ülviyyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:58 / 15.03.2022
Şuşalı Ağabəyim ağa kimdir? – “Onun adına filmlər çəkilməli, heykəli ucaldılmalıdır”
Hazırda oxunan: Şuşalı Ağabəyim ağa kimdir? – “Onun adına filmlər çəkilməli, heykəli ucaldılmalıdır”
Hazırda oxunan: Şuşalı Ağabəyim ağa kimdir? – “Onun adına filmlər çəkilməli, heykəli ucaldılmalıdır”
64864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.