“Qarabağ geyimləri və kələğayıları ilə bağlı çox sayda maraqlı, yaradıcı işlər görüləcək”.
Bizim.Media xəbər verir ki, bunu məşhur modelyer Fəxriyyə Xələfova “Şuşa söhbətləri” layihəsinin təqdimatı zamanı deyib.
O bildirib ki, Qarabağ geyimlərini, baş örtüklərini, ornamentlərini dünyaya tanıtmalıyıq.
“Mən ata tərəfdən Şuşalıyam. Atamın nəsli məşhur Xələfbəyovlardandır. Sonuncu Şuşa şəfərimizdə atamın yurduna baş çəkdim. Təəssüf ki, yurd, yuva qalmayıb. Hamısı dağıdılıb. Amma biz Şuşanı yenidən quracağıq. Şuşa uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızı yad edirik. Qazilərimizə can sağlığı arzulayıram”, - deyə o əlavə edib.
Ülviyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:24 / 15.03.2022
“Qarabağ geyimlərini, ornamentlərini dünyaya tanıtmalıyıq” - Fəxriyyə Xələfova
Hazırda oxunan: “Qarabağ geyimlərini, ornamentlərini dünyaya tanıtmalıyıq” - Fəxriyyə Xələfova
Hazırda oxunan: “Qarabağ geyimlərini, ornamentlərini dünyaya tanıtmalıyıq” - Fəxriyyə Xələfova
64852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.