Afaq Bəşirqızından kövrək ANLAR - OĞLU NİYƏ GƏLƏ BİLMƏDİ?

Hazırda oxunan: Afaq Bəşirqızından kövrək ANLAR - OĞLU NİYƏ GƏLƏ BİLMƏDİ?

64203

Martın 11-i Azərbaycanın Xalq artisti, unudulmaz sənətkar Bəşir Səfəroğlunun doğum günüdür.

Bizim Media xəbər verir ki, adının çəkilməsi ilə milyonlarla insanın çöhrəsində təbəssüm yaradan sənətkarın 97 yaşı tamam olur. 

Bəşir Səfəroğlunun sənətkar qızı Afaq Bəşirqızı doğum günündə atasına kövrək təbrik ünvanlayıb. 

“Ən çox sevdiyim fəsildir bahar fəsli. Və sən bahar fəslində doğulmusan. Martın 11-də. Ona görə də bir az daha çox martı sevirəm. Amma çox qəribədir ki, mart səni verdi və mart səni apardı...  Eyni ayda həm doğum günün, həm ölüm günün...  Amma mən xoşbəxtəm ki, sənin kimi Atam olub. Mən xoşbəxtəm ki, Azərbaycanın sənin kimi sənətkarı olub. 1969-cu il  mart ayının... buna dəyməyək.

Demək istəyirdim ki, artıq neçə illərdir sən yoxsan. Amma tanrının varlığına qurban olum. Mən olmasam da, ətrafıma, səni sevənlərə elə bir qüvvə-güc veribdir ki, sən unudulmursan. Sən yaddan çıxmırsan.
Bu gün səhərdən başlayaraq saysız-hesabsız zənglər, saysız-hesabsız sorğular, suallar, ürək-dirəklər...  bunlar hamısı sənin üçündür. Və bunları sən qazanmısan. Sən!  Ad günün mübarək! Əhmədpaşa səhər tezdən sənin ziyarətindədir. Bəşiri üzrlü say. Bəşir gələ bilmədi. İnstitutdadır. Yolu uzaqdır. Amma dünən gecədən zəng edir:  “Nənə, dədənin qəbri həmişəki kimi olsun,  Əhmədpaşa bacaracaq? Əhmədpaşa eləyəcək?... Hamı sənin  qayğına qalır. Mən də ki, görüşərik inşallah!...”

Ülviyyə Həsənqızı Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin