Qısametrajlı filmlər müsabiqəsinə start verilib – ŞƏRTLƏR

Hazırda oxunan: Qısametrajlı filmlər müsabiqəsinə start verilib – ŞƏRTLƏR

64031

Milli mənəvi dəyərlərimiz mövzusunda “Keçmişdən soraq, gələcəyə səsləniş” qısametrajlı filmlər müsabiqəsinə start verilib.

Bizim Media Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) istinadən xəbər verir ki, müsabiqə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Müsabiqəyə təqdim ediləcək qısametrajlı filmlərin mövzuları aşağıdakılardır:

Xalq yaradıcılığı – əcdadlarımızın yaradıcılıq irsi

Yüksək mənəvi – əxlaqi dəyərlər

Vətənə, torpağa məhəbbət

Milli təfəkkürün formalaşmasında milli adət-ənənələrin və mənəvi dəyərlərin rolu

Qeyd edək ki, müsabiqədə həm peşəkar, eyni zamanda  həvəskar müəlliflər olmaqla 15-35 yaşlı Azərbaycan Respublikasının vətəndaşları, eyni zamanda ölkədə təhsil alan əcnəbi tələbələr iştirak edə bilərlər.

İştirak etmək istəyən müəlliflər Təşkilat Komitəsinə ərizə ilə müraciət edərək qısametrajlı filmi rəqəmsal daşıyıcıda təqdim etməlidirlər.

Yeri gəlmişkən, müsabiqəyə indiyədək heç yerdə yayımlanmayan filmlər buraxılır. Təqdim olunan filmlər 2021–2022-ci illərdə istehsal olunmalı və  xronometrajı 20 dəqiqədən çox olmamalıdır.

17 fevral 2022-ci il tarixində elan olunan müsabiqəyə 25 may 2022-ci il tarixində yekun vurulacaq.

Müəlliflərin ərizə və hazırladıqları filmləri 20 may 2022-ci il tarixinədək Naxçıvan Dövlət Film Fondunda qəbul olunur.

Qeyd edək ki, mükafatlandırma mərasimi 25 may 2022-ci il tarixində Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin