Martın 10-u Azərbaycanda Milli Teatrın bayramıdır.
Bizim Media xəbər verir ki, bu gün həm də ustad sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın anım günüdür.
Ömrünü teatra həsr edən sənətkarın, teatrın bayram günündə əbədiyyətə qovuşmasının özündə də bir mistika var.
Nəsibə xanım teatr üçün doğulmuşdu, ömrünü Azərbaycan Teatrının inkişafına, çiçəklənməsinə həsr etmişdi. Atası Cahangir Zeynalovdan aldığı sənət bayrağını ləyaqətlə zirvələrə qaldırmışdı.
Ömrünün son illərində səhhəti ilə əlaqədar sevimli teatrından uzaq düşsə də, hər günü, hər dəqiqəsi teatrla bağlı idi.
2004-cü il martın 10-da çox sevdiyi teatrın bayram günündə ölümsüzləşdi. Ruhu özündən əvvəl dünyasını dəyişən böyük sənətkarın ruhlarına qovuşdu.
Hər il olduğu kimi Nəsibə Zeynalovanın anım günündə doğmaları, Nəsibə Zeynalova sənətinin vurğunları Fəxri Xiyabanda ustad sənətkarı ziyarət edir, onun xatirəsini uca tuturlar.
Ruhu şad olsun!
Ülviyyə Həsənqızı, Bizim Media
- A-
- A
- A+
Mədəniyyət
11:22 / 10.03.2022
Nəsibə Zeynalovanın anım günüdür
Hazırda oxunan: Nəsibə Zeynalovanın anım günüdür
Hazırda oxunan: Nəsibə Zeynalovanın anım günüdür
63997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.