Məşhur kaman ustası yubileyini solo konsertlə qeyd edəcək - FOTO

Hazırda oxunan: Məşhur kaman ustası yubileyini solo konsertlə qeyd edəcək - FOTO

63899

Azərbaycanın Xalq artisti, kamançasının səsi ilə ürəklərə yol açan sənətkar Şəfiqə Eyvazovanın 75 illik yubileyidir. 

Şəfiqə Eyvazovanın qızı, istedadlı musiqiçi Mehri Əsədullayeva Bizim Media-ya özəl açıqlamasında anasının yubiley ilində  solo konsert proqramı ilə çıxış edəcəyini bildirib:

“Əslində Şəfiqə xanımın doğum günü martın 8-də oldu. Ötən gün anamın şad gününü evdə, ailə arasında qeyd etdik. Bu gün isə Milli Konservatoriyada yığışıb, kollektivlə birlikdə anamı təbrik etdik. Bu ili bütünlüklə Şəfiqə xanıma həsr edəcəyik. Belə ki, yaxın zamanlarda anamın yubileyinə həsr edilən konsert proqramı olacaq. Konsertdə həmişə olduğu kimi Şəfiqə xanımı tək qoymayacam. Onunla birlikdə eyni səhnəni paylaşacam.
 

Şəfiqə Eyvazova ilə eyni səhnədə kamança çalmaq, mahnı oxumaq mənə böyük şərəfdir. Bunu onun qızı kimi deyil, ustadına heyran olan şagirdi kimi deyirəm”, - deyə Mehri Əsədullayeva əlavə edib. 


Qeyd edək ki, Şəfiqə Eyvazovanın ailəsi musiqiçilərdən ibarətdir. Xalq artistinin həyat yoldaşı, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev ömrünün 50 ildən çoxunu kamançaya həsr edib. 

Kamançanın həzin səsinin sehrinə düşən ailədə böyüyən Mehri Əsədullayeva atası və anası kimi kamança ifaçısı olmaqla yanaşı, həm də müğənni kimi fəaliyyət göstərir.

Ülviyyə Həsənqızı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin