“Azərbaycanfilm” kinostudiyasına yeni direktor TƏYİN OLUNDU – RƏSMİ 

Hazırda oxunan: “Azərbaycanfilm” kinostudiyasına yeni direktor TƏYİN OLUNDU – RƏSMİ 

63160

Nazim Fikrət oğlu Hüseynov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindən ayrıldı - FOTO


Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb.

“215 KL” Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992-1997, 1999-2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997-1999), “Salnamə” Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb.

“Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub.

2013-cü ildən “Salnaməfilm” studiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir.

Xatırladaq ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov idi.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin