“Oqni Moskvı” teatrının aktrisası, Rusiyanın Əməkdar artisti Olqa Kabo Bakıya qastrol səfəri edib.
Bizim.Media xəbər verir ki, paytaxtımızı gəzən sənətçi İnstagram hesabında paylaşımında Bakıya heyran qaldığını bildirib:
“Şəhər mənə qonaqpərvərlik göstərdi və isti qəbul etdi. Küçələrdə insanlar gülümsəyir, mənimlə şəkil çəkdirir, xoş sözlər və komplimentlər deyirlər. Tamaşadan əvvəl paytaxtda gəzdim və dadlı yerli mətbəxdən zövq aldım.
Bakı - kontrastlar şəhəri! Burada qədimlik və müasirlik, ənənələr və azadlıq, dəniz və dağlar, şərq və qərb həmahəng uzlaşır”.
Bizim.Media