Tahir Şıxəliyevin fərdi sərgisi Bakıda keçiriləcək – FOTO

Hazırda oxunan: Tahir Şıxəliyevin fərdi sərgisi Bakıda keçiriləcək – FOTO

606760

Bakı şəhərində Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Tahir Şıxəliyevin fərdi sərgisi keçiriləcək.

Bizim.Media xəbər verir ki, sərgi 22–28 aprel 2026-cı il tarixlərində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda ziyarətçilər üçün açıq olacaq.

Ekspozisiyada rəssamın rəngkarlıq və qrafika janrlarında olan əsərləri təqdim ediləcək. 

Sərgidə müəllifin özünəməxsus yaradıcılıq üslubu, uzun illərə söykənən sənət yolu və bədii baxışı əks olunacaq. Əsərlər müxtəlif mövzu və istiqamətləri əhatə edərək forma, rəng və kompozisiya baxımından zənginliyi nümayiş etdirir.
 

Tədbir Azərbaycan Rəssamlar İttifaqı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Rəsm Qalereyası və HüsnArt Təsviri Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.


Kütləvi informasiya vasitələrinin nümayəndələri, incəsənət sevərlər və bütün maraqlananlar sərgini ziyarət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 43

Vəcihə Səmədova adına sərgi salonu

Əlaqə telefonu: 4936230

Rəsmi veb-sayt: //tahir-shikhaliyev.com/ 

Instagram: @tahir_shikhaliyev 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin