Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb.
Bizim.Media xəbər verir ki, abidə mərhum rəssamın üçhissəli "Odlar yurdu" rəsm əsəri əsasında hazırlanıb.
Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri, sol tərəfində "Atəşpərəstlərin məbədi", sağında isə Qız qalasının təsviri yer alır.
"Odlar yurdu" rəssamın yaradıcılığında xüsusi yerə malikdir.
Qəbirüstü abidənin müəllifi Tahir Salahovun 2023-cü ildə vəfat edən qızı Alagöz Salahova olub.
Tahir Salahov isə 2021-ci ilin 21 mayında 93 yaşında Almaniyada müalicə aldığı klinikada vəfat edib.
O, I Fəxri xiyabanda dəfn olunub. (Report.az)





Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
02:35 / 12.04.2026
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO
Hazırda oxunan: Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO
Hazırda oxunan: Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO
606538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































