Azərbaycan filmi Brive Film Festivalın əsas müsabiqə proqramına SEÇİLDİ

Hazırda oxunan: Azərbaycan filmi Brive Film Festivalın əsas müsabiqə proqramına SEÇİLDİ

606061

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstəklənən “Tənha insanın monoloqu” filmi Brive Film Festivalın əsas müsabiqə proqramına seçilib.

Bizim.Media xəbər verir ki, ekran əsəri ARKA-nın dəstəyi ilə “Shahdagfilm” studiyasında istehsal olunub.
 

2004-cü ildə əsası qoyulan və Fransada keçirilən Brive Film Festivalı yalnız 30–60 dəqiqəlik ortametraj filmlərə həsr olunmuş dünyanın ilk ən nüfuzlu festivalıdır. Festival əvvəlcə yerli formatda təşkil olunub, 2010-cu ildən Avropa, 2018-ci ildən isə beynəlxalq müsabiqə kimi fəaliyyət göstərir.


Festival proqramı çərçivəsində müsabiqə ilə yanaşı xüsusi nümayişlər, serial təqdimatları, peşəkar görüşlər və pitçinq sessiyaları təşkil olunur.

Qeyd edək ki, psixoloji ailə dramı janrında olan “Tənha insanın monoloqu” filmi müharibənin insan talelərinə təsirini və ata-oğul münasibətlərini mərkəzə alır.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərlidir. Baş rolları Mahir Dərviş və Elşən Əsgərov canlandırıblar.

Qeyd edək ki, film bundan əvvəl Banqladeşdə keçirilən 24-cü “Dəkkə” Beynəlxalq Film Festivalının “Asiya film müsabiqəsi” bölməsində “Ən yaxşı rejissor” nominasiyasında mükafata layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin