"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

Hazırda oxunan: "Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

604020

"Bütün dünya görməlidir ki, Azərbaycanda belə böyük sənətkarlar var. Bizim əsl müəllimimiz, böyük sənət ustası Rasim Balayev kimi sənətkarları biz yalnız zaman keçdikcə daha dərindən tanıyırıq".

Bu sözləri Xalq artisti Rafiq Əzimov Xalq artisti Rasim Balayevin vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, vaxtilə haqqında eşitdiyimiz obrazları isə onun ifasında görəndə anlayırıq ki, bu sənətkar nə qədər böyük məktəbdir:

"Rasim Balayev illərlə – yarım əsrdən artıq bir müddətdə teatr və kino sahəsində fəaliyyət göstərərək Azərbaycan mədəniyyətinə misilsiz töhfələr verib. Belə sənətkarlar qəlbimizdə yaşadıqca, Azərbaycan xalqının mədəniyyəti də yaşayacaq”.

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin