“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

Hazırda oxunan: “Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

603988

Səhnəyə çıxanda, filmə çəkiləndə təkcə rolunu deyil, bütöv bir dövrü təəkbaşına canlandıran böyük aktyor – Rasim Balayev...

Onun canlandırdığı Babəklə IX, Nəsimi ilə XIV-XV əsrləri xəyali səyahət edirik, gözümüzün önündə bu tarixi şəxsiyyətlər məhz Rasim Balayevin üz cizgilərində, səsində danışır.

Bu, bir aktyorun incəsənətə, ədəbiyyata, bütövlükdə mədəniyyətə verdiyi töhfəylə yanaşı, həm də sənətinə olan dərin sevgisidir. O, rolları oynamırdı, yaşayırdı və tamaşaçısına da yaşadırdı. Hər obrazında bir insan taleyi, hər sözündə bir millətin qəlbi döyünürdü.
 

O, bir dəfə oynadığı rolu elə bir izlə tamamlayırdı ki, həmin obraz artıq başqasına məxsus ola bilmirdi. Sanki o, hər dəfə səhnəyə çıxanda bir parça ruhunu orada qoyur, tamaşa bitəndə isə yalnız cismini özü ilə aparır.


Bu gün Azərbaycan tamaşaçısı bu böyük aktyorla vidalaşır. Sənətkarın artıq Türkiyədən Bakıya gətirilmiş nəşi bu gün I Fəxri Xiyabanda torpağa tapşırılacaq. “Gedən cismimdir, ruhum sizinlədir” – “Nəsimi” filmindən, böyük şairin diliylə dediyi bu cümlə sanki onun indi öz həmvətənlilərinə, sevənlərinə qəlbən müraciətidir.  Çünki o, bu gün səhnədən çəkilsə də, yaratdığı obrazlar və əziz xatirəsi heç vaxt bizi tərk etməyəcək. 



Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin