Rasim Balayev vəfat etdi

Hazırda oxunan: Rasim Balayev vəfat etdi

603882

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə  informasiyanı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.

Qeyd edilib ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib.

Oynadığı “Nəsimi” , “Babək” , “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin