“Azərbaycanda Kino sənaye parkı yaradılacaq” – Nazir müavinindən AÇIQLAMA

Hazırda oxunan: “Azərbaycanda Kino sənaye parkı yaradılacaq” – Nazir müavinindən AÇIQLAMA

602007

“Mədəni və yaradıcı sənayelərin tərkib hissəsi olan kinosənaye parkı üzərində iş gedir. Bu park Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının balansında yaradılacaq”.
 

 MÖVZU İLƏ BAĞLI: 

 Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?


Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova parlamentin bugünkü iclasında müzakirə “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Mədəni və yaradıcı sənayelərlə bağlı layihələr nəzərdə tutulub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə pilot layihələr şəklində, çoxfunksiyalı məkanlarda bunlar hamısı öz əksini tapacaq”, - deyə nazir müavini qeyd edib.

Qrantlarla bağlı məsələyə toxunan Səadət Yusifova bildirib ki, yaradıcı şəxslər bəzən fiziki şəxs kimi, bəzən isə hüquqi şəxs formasında fəaliyyət göstərirlər:

“Lakin onların fəaliyyəti bir çox hallarda satınalma predmeti ola bilmir. Bu səbəbdən də “Qrant haqqında” qanuna dəyişikliklərin edilməsi zəruridir ki, biz yaradıcı şəxslərin potensialından mədəni və yaradıcı sənaye prosesində daha effektiv istifadə edə bilək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin