Avroviziya mahnısı QALMAQAL yaratdı – Təsadüf yoxsa plagiat? – VİDEO

Hazırda oxunan: Avroviziya mahnısı QALMAQAL yaratdı – Təsadüf yoxsa plagiat? – VİDEO

600979

Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsi üçün təqdim etdiyi yeni mahnı ictimaiyyətə təqdim olunar-olunmaz sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Dinləyicilərin bir qismi mahnının melodiyasının dünya şöhrətli müğənni Selin Dionun repertuarındakı “Just go away” (Sadəcə çıx get) mahnısını xatırlatdığını iddia edir. Yeri gəlmişkən, elə bizim mahnı da “Just go” (Sadəcə get) adlanır.

Bəziləri bu oxşarlığın təsadüfi olduğunu düşünür, digərləri isə melodik xətt və ümumi atmosfer baxımından müəyyən paralellərin olduğunu deyir. Amma sual açıq qalır:

“Just go” həqiqətən “Just go away” mahnısını xatırladır, yoxsa bu sadəcə dinləyicilərin subyektiv təəssüratıdır?

Movzu ilə bağlı bəstəkar Gövhər Həsənzadənin fikirlərini öyrəndik. Bəstəkar Bizim.Media-ya açıqlamasında bildirdi ki, əslində təşkilat komitəsi bu qərarı veribsə və mahnı artıq seçilibsə, müzakirələr artıqdır:
 

“Hər kəs öz düşüncəsində və zövqündə azaddır, amma düşünmürəm ki, tamaşaçılar üçün yalnız kiminsə fərdi fikri həlledici olsun. Hazırda aparılan müzakirələr nəticəyə ciddi təsir etməyəcək. Əksinə, lazımsız fikir ayrılıqları yarada bilər. Artıq seçim edilib, mahnı yazılıb və müsabiqəyə təqdim olunub. Bu mərhələdən sonra onu uzun-uzadı müzakirə etməyin mənası yoxdur. Mən melodiyanı bəyəndim, ifa tərzi də kifayət qədər yaxşıdır. Ümumilikdə normal və dinlənilə bilən bir mahnıdır”.


Mahnının müsabiqədə hansı nəticə göstərə biləcəyinə gəlincə G.Həsənzadə bildirdi ki, o artıq yarış zamanı, digər ölkələrin təqdim etdiyi mahnılarla müqayisə ediləndə daha aydın görünəcək. Bu barədə konkret fikir söyləmək üçün müsabiqənin gedişini gözləmək lazımdır.

Bəstəkar həmçinin vurğuladı ki, Avroviziyada təqdim olunan mahnının bugünkü tamaşaçı zövqünə nə dərəcədə uyğun olması əsas götürülür:

“Bu müsabiqə peşəkar musiqiçilər üçün deyil, geniş tamaşaçı auditoriyası üçündür. Bir peşəkar musiqiçi kimi mən bu mövzuda uzun müzakirələr aparmağı çox da doğru hesab etmirəm. Çünki Eurovision Song Contest sırf peşəkar vokal müsabiqəsi deyil. Burada səhnə şousu, təqdimat tərzi, tamaşaçı zövqü və bir çox başqa amillər də böyük rol oynayır. Əsas uğur Azərbaycanın yarımfinal mərhələsini keçərək finala vəsiqə qazanmasıdır”.

Xatırladaq ki, G.Həsənzadə 2008-ci ildə Azərbaycanın ilk dəfə təmil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin