“Rıza baba” xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: “Rıza baba” xəstəxanaya yerləşdirildi

600630

Türkiyənin məşhur serialı “Arka sokaklar”da Rıza baba obrazına həyat verən aktyor Zafer Ergin xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Məsələ ilə bağlı 83 yaşlı aktyorun həyat yoldaşı Binnaz Ergin açıqlama verib.

“Bədəni susuz qalıb, infeksiyası da var idi. İndi yaxşıdır. Nəzarət məqsədilə xəstəxanadayıq. Çərşənbə günü serialın çəkilişlərinə gedəcək”, - o qeyd edib.

Xatırladaq ki, aktyor “Kurtlar vadisi”, “Zalim”, “Sır Dosyası” kimi məşhur layihələrdə yer alıb. O, 2006-cı ildən bəri “Arka sokaklar”da Rıza baba obrazını canlandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin