Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 4 ilə yaxındır təmirə bağlanıb. 2022-ci ilin mayında başladılan təmir işləri hələ yekunlaşmayıb və teatrın tamaşaları şəhərin digər mədəniyyət mərkəzlərində nümayiş etdirilir.
İddialara görə, bir neçə aydır ümumiyyətlə binada hər hansı təmir işləri aparılmır.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binasında aparılan əsaslı təmir-bərpa işləri planlı şəkildə və mərhələlər üzrə davam etdirilir:
“Proses davam edir, işlər layihəyə uyğun olaraq texniki və memarlıq baxımından xüsusi dəqiqlik tələb edən istiqamətlər üzrə icra olunur. Binanın təhvil verilməsi üçün aparılan işlərin müəyyən edilmiş qrafik çərçivəsində yekunlaşdırılması nəzərdə tutulur”.
Qeyd edilib ki, hazırkı dövrdə teatrın repertuar tamaşaları paytaxtın müxtəlif səhnələrində, o cümlədən Heydər Əliyev Sarayı və digər uyğun mədəniyyət məkanlarında təqdim olunur:
“Nəzərə almaq lazımdır ki, belə tarixi və funksional baxımdan mürəkkəb mədəniyyət obyektlərinin bərpası yalnız tikinti işləri ilə məhdudlaşmır; bu proses akustika, səhnə avadanlıqları və təhlükəsizlik sistemlərinin müasir standartlara uyğun şəkildə yenilənməsini də əhatə edir. Bu baxımdan layihə yüksək peşəkarlıq və ardıcıl yanaşma tələb edir”.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları, Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb.
Cəmi 10 ay ərzində-1910-1911-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb. 1928-ci ildə teatra dahi dramaturq Mirzə Fətəli Axundovun adı verilib. Həmin sənət məbədi 1959-cu ildən isə Akademik Opera və Balet Teatrı adlanır. Teatr sonuncu dəfə əsaslı surətdə 1987-ci ildə təmir olunub.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
11:00 / 03.03.2026
Opera və Balet Teatrının 4 il əvvəl başlayan təmiri nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Opera və Balet Teatrının 4 il əvvəl başlayan təmiri nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Opera və Balet Teatrının 4 il əvvəl başlayan təmiri nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA
599204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































